Topaz Premyer Liqasının 15-ci turunda neçə azarkeş qeydə alındı? FOTOLAR

Azərbaycan Premyer Liqasında qış fasiləsi başa çatıb.

 

Sportal.az xəbər verir ki, dünən yeni ilin ilk - 15-ci turun oyunlarına yekun vurulub. Artıq bu turun oyunlarını stadiondan izləmiş azarkeş sayı da bəlli olub.

 

Ən çox azarkeş “Neftçi” - “Kəpəz” oyununda (1:0) qeydə alınıb. 8-ci km stadionunda keçirilmiş qarşılaşmanı 2000 tamaşaçı trubunalardan izləyib.

 

Turun antirekordu isə Zirədə reallaşıb. Cəmi 500 tamaşaçı “Zirə” və “Sumqayıt”ın qollu heç-heçəsinin (1:1) canlı şahidi olub.

 

Maraqlıdı ki, həftənin mərkəzi görüşü olan “Qarabağ” - “Qəbələ” oyunu (0:0) gözləniləndən daha az azarkeşin diqqətini cəlb edib. “Azərsun Arena”da keçirilən oyunu cəmi 1500 tamaşaçı tribunalardan izləyib.

 

“İnter Arena”da baş tutmuş “Keşlə” - “Səbail” matçında (1:1) da bu qədər (1500) azarkeş qeydə alınıb.

 

Ümumilikdə, yeni ilin ilk turunu cəmi 5500 azarkeş canlı izləyib ki, bu da, hər oyuna orta hesabla 1375 tamaşaçı deməkdi.

 

No automatic alt text available.Image may contain: 2 people, people smiling, outdoorImage may contain: one or more people and stadiumImage may contain: 2 peopleImage may contain: one or more people

Tarix: 12 Fevral [11:36]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Fevral 2018
18  Fevral 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio