Ndlovu Çində ilk qolunu vurdu

16:14 - 12 Fevral 2018

Qış transfer pəncərəsində “Qarabağ”dan Çinin “Hançjou Qrintaun” klubuna keçən Dino Ndlovu yeni komandasında ilk qolunu vurub.

 

Sportal.az xəbər verir ki, cənubi afrikalı hücumçu “Shenzhen Airlines Cup” turnirinin finalında “Zeyanq Yitenq”lə görüşdə hesabı açan futbolçu olub. Qarşılaşma Ndlovunun komandasının 3:0 hesablı qələbəsiylə yekunlaşıb. "Hançjou Qrintaun" turnirin qalibi olub.

 

Qeyd edək ki, 27 yaşlı forvard 750 min avro qarşılığında “Qarabağ”dan Çin klubuna keçib.

Xəbər xətti