"Keşlə" "Səbail"ə qalib gəldi

20:35 - 12 Fevral 2018

Topaz Premyer Liqasında çıxış edən komandaların əvəzedici heyətləri arasında keçirilən çempionatda 15-ci turun oyunları davam edir.

 

Sportal.az xəbər verir ki, bu gün daha bir oyun keçirilib. "Keşlə" öz meydanında "Səbail"lə qarşılaşıb və 2:0 hesablı qələbə qazanıb.

 

Qeyd edək ki, "Keşlə" 23 xalla 3-cü, "Səbail" isə 27 xalla ikincidir. Aktivində 35 xalı olan "Qəbələ" liderdir.

 

"Keşlə" - "Səbail" 2:0

QOLLAR: Sərxan Əhmədli, 17 (ö.q); Elvin Cəbrayılov, 31

Xəbər xətti