"Traktos Sazi" ÇL-ə məğlubiyyətlə başladı

00:38 - 13 Fevral 2018

Asiya Çempionlar Liqasında qrup mərhələsinə start verilib.

 

Sportal.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor Sazi” də bu turnirdə ilk matçına çıxıb. Türkiyəli mütəxəssis Ərtoğrul Sağlamın çalışdırdığı Təbriz klubu startda Səudiyyə Ərəbistanı təmsilçisi “Əl Əhli” ilə qarşılaşıb. Doğma meydanda baş tutan oyun təbrizlilərin məğlubiyyəti ilə başa çatıb – 0:1.

 

A qrupunda “Traktor Sazi”yə rəqib olan digər komandaların duelində isə BƏƏ “Əl-Cəzirə”si Qətərin “Əl-Qarafa” klubuna 3:2 hesabıyla qalib gəlib.

 

Cənubi Azərbaycan klubu növbəti matçını fevralın 19-da səfərdə “Əl-Qarafa”ya qarşı keçirəcək.

Xəbər xətti