İctimai televiziya dünya çempionatını yayımlamaqdan imtina etdi

00:49 - 13 Fevral 2018

Ukrayna Milli Teleradio Şirkəti yayda Rusiyada keçiriləcək dünya çempionatının oyunlarını yayımlamaqdan imtina edib.

 

Sportal.az xəbər verir ki, şirkətin rəhbəri Zurab Alasaniyanın məlumatına görə, İctimai televiziya mundialı yayımlamayacaq. Ukrayna yayım hüququna malik olsa da, qərara görə hamının 4 gözlə gözlədiyi yarışın ölkədə yayımı olmayacaq.

 

Son vaxtlar iki ölkə arasında baş verən siyasi gərginliklərlə bağlı Ukrayna bu cür qərar qəbul edib. Hətta ukraynalı jurnalistlər mundialı işıqlandırmaq üçün Rusiyaya yollanmayacaqlar.

 

Qeyd edək ki, Ukrayna DÇ-2018-də mübarizə aparmır.

Xəbər xətti