Avropa Liqasında 1/16 final mərhələsi start götürür

11:01 - 13 Fevral 2018

Bu gün Avropa Liqasında 1/16 final mərhələsinə start veriləcək.

 

Sportal.az xəbər verir ki, ilk oyun günündə bir matç baş tutacaq. Serbiya təmsilçisi "Srvena Zvezda" doğma meydanda Rusiya ÇSKA-sını qəbul edəcək.

 

1/16 finalın digər oyunları fevralın 15-də keçiriləcək.

 

Avropa Liqası
1/16 final mərhələsi, ilk oyun
13 fevral

 

21:00. "Srvena Zvezda" (Serbiya) - ÇSKA (Rusiya)

Xəbər xətti