Dario Frederikonun "Kəpəz"dəki seçimi

15:40 - 13 Fevral 2018

"Kəpəz" yeni transferi Dario Frederikonu PFL-ə sifariş edib.

 

Sportal.az xəbər verir ki, braziliyalı vinger Gəncə klubunun iştirak ərizəsinə daxil edilib. O, Topaz Premyer Liqasının 16-cı turunda "Keşlə"yə qarşı ev oyununda meydanda çıxa biləcək.

 

26 yaşlı futbolçu "sarı-göylər"də 91 nömrəli forma altında çıxış edəcək. Dario 2015/2017-ci illərdə "Kəpəz"də çıxış edərkə 10 nömrəli formada top qovurdu. 10 nömrəli forma altında isə Tural Rzayev çıxış edir.

 

Qeyd edək ki, "Kəpəz" Frederikonu Cənubi Koreyanın "Seongam" klubundan heyətinə qatıb. Transfer vərəqəsi gecikdiyinə görə, Dario "Neftçi" ilə matçı qaçırmışdı.

Xəbər xətti