"Kəpəz" "Keşlə" ilə oyunun hazırlıqlarına başladı

Topaz Premyer Liqasının XVI turunda Gəncədə “Keşlə”ni qəbul edəcək “Kəpəz” bu gündən qarşıdakı matçın hazırlıqlarına başlayıb.

 

Sportal.az xəbər verir ki, komanda Bakı Olimpiya Stadionunun yardımçı meydançasında məşq edir. “Sarı-göylər”in məşqləri hər gün saat 11:00-da olacaq. “Kəpəz” fevralın 16-nadək bu məkanda hazırlıq keçəcək. 

 

Qeyd edək ki, "Kəpəz" - "Keşlə" görüşü 18 fevral tarixində baş tutacaq.

Tarix: 13 Fevral [15:57]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Fevral 2018
18  Fevral 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio