Miçel "Qarabağ"a qoşuldu

16:16 - 13 Fevral 2018

Azərbaycan Premyer Liqasının XV turunda "Qəbələ"ylə matçdan sonra istirahətə buraxılan "Qarabağ" bu gündən "Səbail"lə matçın hazırlıqlarına start verib.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ötən oyunu zədə səbəbindən buraxan Miçel zədəsini tam sağaldaraq komandayla çalışmalara başlayıb. Digər zədəli futbolçu Əfran İsmayılov isə fərdi məşqlərlə kifayətlənib.

 

Qeyd edək ki,  "Səbail" - "Qarabağ" matçı 18 fevral, saat 17:30-da start götürəcək.

Xəbər xətti