Buffon qərarını dəyişir

19:33 - 13 Fevral 2018

“Yuventus”un qapıçısı Canluici Buffon İtaliya millisi ilə bağlı qərarını dəyişə bilər.

 

Sportal.az istinadən xəbər verir ki, 40 yaşlı qapıçı yenidən millidəki çıxışını davam etdirə bilər.

 

Onun “Avro-2020”nin sonuna kimi “mavi eskadra”nın formasını geyinmək ehtimalı var. Belə ki, millidə müvəqqəti məşqçi olan Luici di Byadco veteran qapıçını fikrindən döndərmək və kapitanlıq sarğısını ona vermək niyyətindədir.

 

Qeyd edək ki, Buffon 2018-ci il dünya çempionatının pley-off raundunda İsveçlə oyundan sonra (0:0) milli karyerasını başa vurduğunu açıqlamışdı.

Xəbər xətti