"Arsenal" hücumçusunu itirdi

00:32 - 14 Fevral 2018

“Arsenal” ciddi itki ilə üzləşib.

 

Sportal.az xəbər verir ki, London klubunun hücumçusu Aleksandr Lyakazett sıradan çıxıb. Dizindən zədə alan fransalı hücumçu əməliyyata məruz qalıb. Onun bərpa prosesinin 4-6 həftə kəçəcəyi bildirilib.

 

Qeyd edək ki, ötən yay “Lion”dan “Arsenal”a keçən futbolçu 26 oyunda meydana çıxıb və 9 qol vurub.

Xəbər xətti