"Qarabağ"ın bombardiri "Mil-Muğan"da

00:45 - 14 Fevral 2018

I Divizion təmsilçisi "Mil-Muğan" heyətini gücləndirib.

 

Sportal.az xəbər verir ki, İmişli təmsilçisi "Şüvəlan"dan Şahin Əliyevi rənglərinə bağlayıb. 22 yaşlı hücumçuyla mövsümün sonuna qədər müqavilə imzalanıb.

 

Qeyd edək ki, Əliyev ötən mövsüm "Qarabağ"ın heyətində əvəzedici çempionatda 13 qolla bombardir olmuşdu. Bu mövsümün ilk yarısında "Şüvəlan"da çıxış edən gənc forvard 2 qol vurmağı bacarıb.

Xəbər xətti