Joze Mourinyo bu dəfə "Liverpul"a söz atdı

10:34 - 14 Fevral 2018

"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo Premyer Liqadakı əzəli rəqibi olan "Liverpul" haqda açıqlama verib. Hər zaman qalmaqallı açıqlamaları ilə diqqət çəkən təcrübəli çalışdırıcı bu dəfə də ənənəsinə sadiq qalıb.

 

Sportal.az xəbər verir ki, portuqaliyalı mütəxəssis açıqlamasında "qırmızılar"ı kiçik klub adlandırıb. Mourinyo mersisaydlıların sabiq baş məşqçisi Rafa Benites barədə isə xoş sözlər səsləndirib:

 

"Rafa Benites şübhəsiz ki, əla çalışdırıcıdır. O, Çempionlar Liqasını məni kimi kiçik klubda qazanmağı bacardı. Mən "Portu" ilə, Benites isə "Liverpul"la qalib olmuşdu".

 

Qeyd edək ki, 5 dəfə ÇL-in qalibi olan "Liverpul" bu baxımdan İngiltərədə bu titula ən çox sahib olan klubdur. Benites 2005-ci ildə "Liverpul"a Çempionlar Liqası turnirinin kubokunu qazandırmışdı.

Xəbər xətti