Qvardiola: "Cavab oyununu ciddiyə alacağıq"

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola ÇL-in 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində səfərdə "Bazel"ə 4:0 hesablı qalib gəldikləri oyundan sonra açıqlama verib.

 

Sportal.az saytı xəbər verir ki, ispan mütəxəssis oyunda iki qol vuran İlkay Gündoğanı yüksək səviyyə futbolçu adlandırıb:

 

"İlkay yüksək səviyyəli futbolçudur. Ötən mövsüm 6 ay zədə səbəbindən oynamadı. Performansına görə çox şadam. Möhtəşəm oyun nümayiş etdirdi".

 

Qvardiola cavab görüşünü ciddiyə alacaqlarını deyib:

 

"Mükəmməl nəticə qazandıq. 1/4 finala yaxınıq. Ancaq cütün taleyi 180 dəqiqəlik mübarizədən sonra aydınlıq gəlir. Bizi cavab görüşü də gözləyir. İkinci oyuna da ciddi yanaşacağıq".

 

Qeyd edək ki, bu cütün cavab qarşılaşması martın 7-də keçiriləcək.

Tarix: 14 Fevral [11:58]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Fevral 2018
18  Fevral 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio