Alleqri: "Həmin epizoddan başqa "Tottenhem"in şansı olmadı"

14:35 - 14 Fevral 2018

"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri ÇL-in 1/8 final mərhələsində "Tottenhem"lə 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra açıqlama verib.

 

Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis "Tottenhem"in qol şanslarının olmadığını deyib:

 

"Yaxşı oyun oldu. Bəsit səhvlərə yol verdik. Buffonun möhtəşəm qurtarışı oldu. Həmin epizoddan başqa "Tottenhem"in şansı olmadı. Hesabı 3:0 da edə bilərdik. Çətin olacağını gözləyirdik. Ancaq hesaba baxanda təəssüflənə bilərik. Çünki rəqibin 1 qol epizodu oldu. Hələ şansımızın olduğunu unutmayaq. 1/4 finala yüksəlmək üçün hər şeyə sahibik".

 

Qeyd edək ki, cütün cavab görüşü martın 7-də baş tutacaq.

Xəbər xətti