"Neftçi"nin zədəli futbolçularından şad xəbər

"Neftçi"nin iki futbolçusu zədəsini sağaldıb.

 

Sportal.az xəbər verir ki, gənc futbolçular - Elnur Cəfərov və Ömər Buludov məşqlərə başlayıblar. 

 

21 yaşadək futbolçulardan ibarət milli komandamızın düşərgəsində zədə alan Cəfərov bu gündən fitnes zalında məqşlərə start verib. Hücumameyilli yarımmüdafiəçi 2 həftədən sonra kollektivlə məşqlərə başlayacaq.  

 

Ömər Buludov isə artıq tam olaraq sıraya dönüb. U-21 yığmamızın heyətində burnu qırılan müdafiəçi dünəndən "Neftçi"nin əsas komandası ilə hazırlığa start verib.

 

Qeyd edək ki, "Neftçi" Topaz Premyer Liqasının XVI turunda səfərdə "Sumqayıt"la qarşılaşacaq.  

Tarix: 14 Fevral [17:15]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Oktyabr 2018
19  Oktyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio