Amit Quluzadənin komandası kubokda qələbə qazandı

19:19 - 14 Fevral 2018

Kosovo kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Amit Quluzadənin şərəfini qoruduğu “Drita” ilk matçını səfərdə keçirib. Quluzadənin komandası səfərdən sərfəli nəticə ilə qayıdıb – 1:0.

 

Qeyd edək ki, adı iştirak ərizəsinə daxil edilən Amitin yeni komandasında debütü baş tutmayıb. Həmyerlimiz matçı əvvəldən axıradək ehtiyat oyunçular skamyasından izləyib.

Xəbər xətti