Millimizin sabiq üzvü Monteneqro klubunda

00:18 - 15 Fevral 2018

U-21 yığma komandamızın sabiq futbolçusu Tural Hümbətov Makedoniyanın "Pobeda" klubundan ayrılıb.

 

Sportal.az xəbər verir ki, mərkəz müdafiəçisi yeni klubla anlaşdığı üçün "Pobeda"nın sıralarını tərk edib. 24 yaşlı futbolçu karyerasını Monteneqroda davam etdirəcək. O, ölkənin yüksək liqasında mübarizə aparan "Deçiç" klubu ilə münasibətlərini rəsmiləşdirib. Həmin klubda Hümbətovla AZAL-da komanda yoldaşı olmuş modovalı qapıçı Stanislav Namaşko da çıxış edir. 

 

Qeyd edək ki, Rusiyanın "Zenit" klubunun yetirməsi olan Hümbətov karyerası ərzində "Nistru", "Araz-Naxçıvan", "İnter" və AZAL kimi komandalarda çıxış edib.

Xəbər xətti