İkardi arvadına görə Rayoladan imtina etdi

00:50 - 15 Fevral 2018

“İnter”in hücumçusu Mauro İkardi məşhur agent Mino Rayolanın təklifini qəbul etməyib.

 

Sportal.az xəbər verir ki, argentinalı forvard ona əməkdaşlıq təklif edən ünlü agentin təklifini rədd edib. Ulduz futbolçuya zəng vuran və onu yayda “Mançester Yunayted”ə apara biləcəyini söyləyən Rayola forvarddan müsbət cavab almayıb.

 

Qeyd edək ki, İkardinin agenti həyat yoldaşı olan Vanda Naradır. 24 yaşlı oyunçu məhz Naraya görə Rayolaya "yox" deyib.

Xəbər xətti