Millimizin sabiq forvardı dubla imza atdı

10:20 - 15 Fevral 2018

Almaniyanın “Dinamo” klubu Berlin kuboku çərçivəsində növbəti oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi Berlin təmsilçisi “Türkiyemspor” klubu ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qalib ayrılıb – 2:1.

 

Dadaşov da bu görüşün iştirakçısı olub. Komandasının hər iki qolunu da məhz millimizin sabiq forvardı vurub.

 

"Dinamo" qələbə sayəsində adını 1/4 finala yazdırıb.

 

Qeyd edək ki, Rüfət Dadaşov hazırda Regional Liqada 20 qolla bombardirlər yarışına başçılıq edir

 

Xəbər xətti