FIFA-nın yeni reytinq cədvəli: Millimiz 1 pilllə gerilədi

13:16 - 15 Fevral 2018

FIFA dünya yığmalarının yeni reytinq siyahısını açıqlayıb. 

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisi ötən ayla müqayisədə bir pillə geriləyib. Hazırda 275 xala malik olan milli komandamız 119-ci pillədə qərarlaşıb. Ötən ay Azərbaycan yığması Moldova ilə yoxlama görüşü keçirib və 0:0 hesablı heş-heçə edib.

 

Siyahıya 1602 xalla Almaniya başçılıq edir. Braziliya 1484 xalla 2-ci, Portuqaliya isə 1358 xalla 3-cüdü.

 

İlk "onluq"

 

1. Almaniya - 1602

2. Braziliya - 1484

3. Portuqaliya - 1358

4. Argentina - 1348

5. Belçika - 1325

6. İspaniya – 1231

7. Polşa - 1213

8. İsveçrə - 1190

9. Fransa – 1183

10. Çili – 1153

Xəbər xətti