Kubokun finalı mayın 28-də keçirilməyəcək

Azərbaycan kubokunun yarımfinal və final oyunlarının tarixlərində dəyişikliklər ediləcək.

 

Sportal.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) baş direktoru Məlik Həsənov məlumat verib. Onun sözlərinə görə, aprelin 11-də Azərbaycanda prezident seçkisi keçiriləcəyindən, həmin gün və aprelin 18-də nəzərdə tutulan yarımfinal oyunlarının vaxtlarında "sürüşmə" baş verəcək.

 

Final matçı isə Azərbaycan Cümhuriyyətinin yaradılmasının 100 illiyinə təsadüf edən 28 may - Respublika günündə gerçəkləşməyəcək. M.Həsənov bunu həmin görüşdən bir gün sonra Azərbaycan və Qırğızıstan milliləri arasında yoldaşlıq görüşünün keçiriləcəyi ilə əlaqələndirib. O, konkret tarixlərlə bağlı qərarın, böyük ehtimalla, gələn həftə veriləcəyini vurğulayıb.

 

Qeyd edək ki, Azərbaycan kubokunun yarımfinalında "Qəbələ" "Neftçi" ilə, "Keşlə" isə "Sumqayıt"la qarşılaşacaq ("Report").

Tarix: 15 Fevral [13:57]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 May 2018
23  May 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio