"Kəpəz"in zədəli futbolçuları sıraya döndü

16:30 - 15 Fevral 2018

“Kəpəz”in əsas komandasının zədəli futbolçuları sağalıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, ötən tur “Neftçi” ilə oyunu buraxan Murad Səttarlı və bakılılara qarşı görüşdə əzələsi dartılan Dieqo Souza sıraya dönüb.

 

Hər iki futbolçu fərdi hazırlıqdan sonra komanda ilə birgə məşqlərə qoşulub. Onların həftəsonu “Keşlə” ilə görüşdə meydana çıxması məşqçilər heyətinin qərarına bağlıdır.

 

Qeyd edək ki, "Kəpəz" - "Keşlə" oyunu fevralın 18-i keçiriləcək.

Xəbər xətti