Yığmanın yeni baş məşqçisi müəyyənləşdi

00:45 - 16 Fevral 2018

Şotlandiya yığma komandasının yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, milliyə 59 yaşlı Aleks Makliş çalışdıracaq. Təcrübəli mütəxəssis federasiya ilə 2020-ci ilə qədər müqavilə imzalayıb.

 

Xatırladaq ki, Şotlandiya yığmasına son olaraq Qordan Straçan rəhbərlik edirdi. Lakin komanda DÇ-2018-ə vəsiqə qazana bilmədiyi üçün o, istefaya göndərilmişdi.

 

Makliş 2007-ci ildə də qısa müddətə Şotlandiya  yığmasına rəhbərlik edib. Onun son iş yeri isə Misirin “Zamalek” klubu olub.

Xəbər xətti