"Səbail"in yeni transferi VİDEO

10:55 - 16 Fevral 2018

"Səbail" heyətinə yeni futbolçu cəlb edib. Paytaxt təmsilçisi Belçikanın "Standard" klubundan Faruk Miyanı icarəyə götürüb. Uqandalı hücumçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.

 

Uqanda millisinin üzvü olan 22 yaşlı hücumameyilli yarımmüdafiəçi ölkəsinin "Vipers" klubunun yetirməsidir. Miya 2016-cı ildə "Standard"a keçib. O, Lyej təmsilçisində 5 oyun keçirib və 1 qol vurub.

 

Faruk mövsümün ilk yarısını icarə əsasında Belçikanın "Muskron" klubunda keçirib.

 

Sportal.az saytı Miyanın performansından hazırlanmış videonu təqdim edir:

 

Xəbər xətti