"Skenderbeu" tarixi cəza ilə üz-üzə

11:56 - 16 Fevral 2018

UEFA son Albaniya çempionu "Skenderbeu"nu 10 il müddətinə avrokuboklardan kənarlaşdıra bilər.

 

Sportal.az xəbər verir ki, buna klubun danışılmış oyunlarda iştirak etməsi səbəbdir. UEFA müfəttişlərinin hazırladıqları raporta görə, Korçe təmsilçisinin danışılmış oyunlarda iştirakıyla bağlı faktlar ortaya qoyub. 88 səhifəlik raportda 50-dən çox danışılmış oyunun adları qeyd edilib və UEFA İcraiyyə Komitəsinə göndərilib. Yayılan məlumata görə, UEFA Albaniya təmsilçisini 10 il avrokuboklardan uzaqlaşdıracaq və 1 milyon avro cərimə edəcək.

 

Tarixi cəzanının tezliklə açıqlanacağı gözlənilir.

 

Xatırladaq ki, "Skenderbeu" 2016/17 mövsümündə 1 il avrokuboklardan kənarlaşdırılmışdı və çempionluğu əlindən alınmışdı.

Xəbər xətti