Avropa Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər

13:57 - 16 Fevral 2018

Avropa Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.

 

Sportal.az xəbər verir ki, UEFA-nın açıqladığı namizədlər arasında Manuel Fernandes ("Lokomotiv"), Mişi Batşuayi ("Borussiya" Dortmund), Mesut Özil ("Arsenal") və Aritz Adurits ("Atletik" Bilbao) yer alıb.

 

Azarkeşlər qurumun saytında keçirilən səsvermədə iştirak edərək, bu həftənin ən yaxşı oyunçusunu müəyyənləşdirəcək.

Xəbər xətti