"Sumqayıt"da ciddi itki: Kapitan "Neftçi"yə qarşı oynamayacaq

14:53 - 16 Fevral 2018

"Sumqayıt" Topaz Premyer Liqasının 16-cı turunda "Neftçi" ilə qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, "kimyaçılar" bu görüşə ciddi itki ilə çıxacaq. Belə ki, kapitan Vurğun Hüseynov cəza səbəbindən komandasına kömək edə bilməyəcək. Belə ki, 15-ci turda "Zirə" ilə oyunun 92-ci dəqiqəsində sarı vərəqə alan təcrübəli müdafiəçi cəzalı duruma düşüb.

 

Qeyd edək ki, "Sumqayıt" - "Neftçi" görüşü sabah saat 18:30-da "Kapital Bank Arena"da baş tutacaq.

Xəbər xətti