İspaniya mətbuatı "Qarabağ"ın atmacasından yazdı FOTO

16:30 - 16 Fevral 2018

"Qarabağ"ın rəsmi sosial şəbəkə hesablarında Ağdam klubunun Çempionlar Liqasındakı keçmiş rəqibləri "Atletiko" və "Kopenhagen"in Avropa Liqasının 1/16 final mərhələsində üz-üzə gəlməsiylə bağlı paylaşımı İspaniya mediasının da diqqətindən yayınmayıb.

 

Sportal.az xəbər verir ki, "El Mundo Deportivo", "Ok Diario", "Marca" kimi ünlü mətbu orqanlar buna xüsusi yer ayırıblar. Pireney ölkəsinin mediasında Ağdam klubunun sosial şəbəkə hesablarındakı paylaşımı "troll", "məzə" kimi qiymətləndirilib.

 

Xatırladaq ki, "Qarabağ" bu mövsüm Çempionlar Liqasının pley-offunda səfərdə vurulan qolla "Kopenhagen" səddini aşaraq (1:0, 1:2), ölkə futbolu tarixində ilk dəfə qrup mərhələsinə düşdü. Ağdam təmsilçisi qrup mərhələsində "Atletiko" ilə iki heç-heçə edib (0:0, 1:1), komandanın turnirdə 1/8 finala yüksəlməməsinə səbəb olmuşdu. Bu faktlardan istifadə edən "Qarabağ"ın SMM qrupu sosial şəbəkə hesabları vasitəsilə kreçmiş rəqiblərinə ilişmişdi.

 

Onu da əlavə edək ki, dünən gecə keçirilən "Kopenhagen" - "Atletiko" matçı qonaqların 4:1 hesablı qələbəsiylə başa çatıb.

 

Xəbər xətti