"Barselona"nın müdafiəçisi "Atletiko"nun hədəfində

“Barselona”nın müdafiəçisi Samuel Umtiti “Atletiko”nun maraq dairəsinə düşüb.

 

Sportal.az xəbər verir ki, Madrid klubunun baş məşqçisi Dieqo Simeone fransalı müdafiəçini sərəncamında görmək istəyir. 

 

İddiaya görə, 24 yaşlı futbolçu Simeonenin onunla maraqlandığından xəbərdardır. Umtitiyə bu barədə onun Fransa millisində komanda yoldaşı olan Antuan Qrizmann məlumat verib.

 

Ancaq müdafiəçi hələlik bununla bağlı heç bir açıqlama verməyib. Umtiti 2016-cı ilin yayında 25 milyon avro qarşılığında “Lion”dan “Barselona”ya transfer olunmuşdu.  

Tarix: 16 Fevral [17:57]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
12 Dekabr 2018
11  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio