"Bavariya"nın Rodriqes planı

"Bavariya" "Real"dan icarəyə götürdüyü Hames Rodriqeslə bağlı qərar verib.

 

Sportal.az xəbər verir ki, Münhen klubu 26 yaşlı futbolçunun transfer hüququna sahib çıxmaq istəyir. Müqavilənin şərtlərinə görə Bundesliqa təmsilçisi 42 milyon avro ödəməklə Hamesi öz futbolçusu edə bilər. "Bild"in məlumatına görə, "Bavariya" kolumbiyalı yarımmüdafiəçinin transfer hüququna yiyələnəcək.

 

Qeyd edək ki, "Bavariya" Rodriqesi ötən ilin yayında 10 milyon avro qarşılığında 2 illik icarəyə götürüb.

Tarix: 16 Fevral [18:06]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Sentyabr 2018
22  Sentyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio