Vermalen: "Barselona"da müdafiəçi olmaq asan deyil"

18:30 - 16 Fevral 2018

"Barselona"nın müdafiəçisi Tomas Vermalen İngiltərə mətbuatına diqqət çəkən açıqlamalar verib.

 

Sportal.az xəbər verir ki, belçikalı müdafiəçi "Barselona"da müdafiəçi olmağın daha çətin olduğunu deyib:

 

"İnsanlar "Barselona"da müdafiəçi olmağın asan olduğunu düşünürlər. "Müdafiəçilərin işi ağır deyil, "Barselona" ancaq hücum edir" kimi fikirlər səsləndirirlər. Bu, çox yanlış baxışdır. Rəqiblərimizi təzyiq altında saxlayırıq. Bu da müdafiəçilərlə hücum arasında 50 metrlik məsafənin olması deməkdir. "Barselona"da müdafiəçi olmaq asan deyil. İnsanlar düzgün fikirləşmir".

 

32 yaşlı müdafiəçi milli komanda yoldaşı olan Eden Hazardla klubda birgə çıxış etdiyi Lionel Messi ilə müqayisə edənlər haqda bu cür danışıb: "Eden Hazard ən yaxşı futbolçulardan biri ola bilər, amma Messi ilə müqayisə etmək çətindir. Yalnız Hazarda deyil, bütün futbolçulara aid edərdim".

 

Qeyd edək ki, Vermalen 2014-cü ildən "Barselona"da çıxış edir.

Xəbər xətti