Oyundan çıxarıldı, göz yaşlarını saxlaya bilmədi

"Sportinq"in müdafiəçisi Fabio Koentrao UEFA Avropa Liqasının 1/16 final mərhələsi çərçivəsində səfərdə "Astana" ilə baş tutan görüşdə (3:1) duyğulu anlar yaşayıb.

 

Sportal.az xəbər verir ki, qarşılaşmanın 57-ci dəqiqəsində baş məşqçi Jorze Jezuş tərəfindən meydandan çıxarılan futbolçu ehtiyat oyunçular skamyasına gedən zaman göz yaşlarına hakim ola bilməyib. Uzun müddət hönkür-hönkür ağlayan sol cinah müdafiəçisini Lissabon klubunun patronu Bruno de Karvalyo sakitləşdirib və ona sarılaraq dəstək olub.

 

Qeyd edək ki, ötən yay "Real"dan icarəyə götürülən 29 yaşlı futbolçu Portuqaliya Premyer Liqasında Setubal "Vitoriya"sı ilə qarşılaşmada da əvəz edilərkən ağlamışdı.

Tarix: 16 Fevral [19:19]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Sentyabr 2018
19  Sentyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio