Çempionlar Liqasında həftənin ən yaxşısı məlum oldu

12:54 - 17 Fevral 2018

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusunun adını elan edib.

 

Sportal.az xəbər verir ki, UEFA-nın saytında azarkeşlər arasında keçirilən səsverməyə əsasən, "Liverpul”un futbolçusu Sadio Mane ən yaxşı oyunçu seçilib. O, səslərin 57 faizini toplayıb.

 

Qeyd edək ki, Mane ÇL-in 1/8 finalında "Portu" ilə  matçda (5:0) het-trik edib.

Xəbər xətti