Pirlo vida matçı keçirəcək

17:05 - 17 Fevral 2018

Karyerasını bitirdiyini elan edən Andrea Pirlo vida oyunu keçirəcək.

 

Sportal.az xəbər verir ki, vida oyunu mayın 21-də "Milan"ın ev oyunlarını keçirdiyi "San-Siro" stadionunda baş tutacaq. Oyunda toplanan bütün vəsait xeyriyyə fondlarına veriləcək.

 

Məsələ ilə bağlı açıqlama verən Pirlo gələcəkdə də futbol sahəsində çalışacağını deyib: "Sevimli işimlə məşğul olmaq üçün yaxşı fürsətdi. Oyun mayın 21-də "San-Siro"da olacaq. Mən bütün ömrüm boyu futbol oynamışam. Ona görə də, hesab edirəm ki, gələcəkdə də bu sahədə çalışacam. Ola bilsin ki, məşqçi işləyim. Ancaq bu barədə hələ qəti qərar verməmişəm. Fasilə götürməli və yaxşı-yaxşı fikirləşməliyəm".

 

Qeyd edək ki, karyerası ərzində "Milan"ın, "Yuventus"un şərəfini qorumuş Pirlonun son klubu "Nyu-York Siti" olub.

Xəbər xətti