Tərlan Əhmədov: "Heç bir təzyiq hiss etmirəm" MÜSAHİBƏ

21:26 - 17 Fevral 2018

“Açığı, oyuna pis başlamamışdıq. Amma etdiyimiz səhvlər oyunun taleyini həll etdi”

 

Sportal.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov deyib. "Sumqayıt" baş tutan oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən çalışdırıcı fikirlərini bildirib:

 

Mənə dedilər ki, “Sumqayıt”ın birinci qolunda penalti yox idi. Məğlub olsaq da, dördüncü pillə uğrunda mübarizə aparacağıq. Məğlub olmuşuq və bunun səbəbkarı mənəm. Əminliklə deyirəm ki, “Neftçi” öz sözünü deyəcək. Əsas hədəfimiz Avropa Liqasına vəsiqə qazanmaqdı. Ümid edirəm ki, buna nail olacağıq.


- PFL prezidenti Ramin Musayev bu gün sizinlə bağlı növbəti açıqlama verib və cəzalandıracağını deyib. Bu məsələ haqda nə deyə bilərsiniz?

- Bu haqda çox söz-söhbət olub. Bu məsələlərə qayıtmaq istəmirəm. İnanın, mən oyuna iki gün qalmışdan mətbuatı oxumuram. Kim nə deyibsə, bu haqda danışmaq niyyətində deyiləm. Mənim işim meydançadadı və öz oyunumuz haqda danışmaq istəyirəm.

 

- Klubun prezidenti istefa verdi və Kamran Quliyev bu posta təyin olundu. Rəhbər dəyişikliyi ilə bağlı nə deyə bilərsiniz?

- Komandanın idarə heyəti var və onların qərarına hörmətlə yanaşırıq. Əgər belə qərar verilibsə, bunu qəbul etməliyik.

 

- Kənardan görünən budur ki, “Neftçi”də baş məşqçi sərbəst işləyə bilmir. Bu şərtlər altında işləmək çətin deyil?

- Burada heç bir təzyiq hiss etmirəm. Mən komandaya nəzarət edirəm və istəyirəm ki, oyundan-oyuna yaxşı çıxış edək. Mənim sehrli çubuğum yoxdu və allahın bacısı oğlu deyiləm ki, möcüzə ortaya qoya bilim. İşləyirik və ümid edirik ki, hər şey yaxşı olacaq.

 

- Klubun yeni prezidentinin ilk açıqlaması sizi müdafiə etmək olub. Kamran müəllimlə görüşünüz olub?

- Bəli, Kamran müəllimlə söhbət etmişik. Yenə deyirəm, mətbautdan yazılanlardan xəbərim yoxdu. Kamran müəllimlə komanda haqda danışmışıq, hər şey qaydasındadı.  

 

- Rəşad Sadiqov azarkeşi təhqir edir və siz onu dəstəkləyirsiniz.

- Biz əzərbaycanlıyıq və azərbaycanlı bir-birinə hörmət etməlidi. Heç kimin nəslini-kökünü söymək düzgün deyil. Əgər azarkeş futbolçunun kökünü söyürsə, bu, düzgün deyil.

 

- Bizdə olan məlumata görə, klubun yeni prezidenti ilə münasibətiniz yaxşı vəziyyətdədi. Maraqlıdı, klubdakı gələcək taleyiniz müəyyənləşib?

- Xeyr. Bir günə məşqçi dəyişikliyi ilə bağlı qərar vermirlər. (Korner.az)

Xəbər xətti