“Kəpəz” Gəncədə məşqə çıxdı

00:07 - 18 Fevral 2018

Topaz Premyer Liqasının 16-cı turunda Gəncə şəhər stadionunda “Keşlə” ilə görüşəcək “Kəpəz” qarşıdakı matçın hazırlığını yekunlaşdırıb.

 

Sportal.az xəbər verir ki, “sarı-göylər” oyun öncəsi son məşqini qarşılaşmanın reallaşacağı arenada keçirib. Hazırlıq prosesi yüngül xarakter daşıyıb. Futbolçular 50 dəqiqə ərzində məşqçilər korpusunun tapşırıqlarını yerinə yetirib.

 

Qeyd edək ki, “Kəpəz”in heyətində itki yoxdu. Cəza müddətini başa vuran Dedimar Fereyra sıraya dönüb.

Xəbər xətti