Nazarovlu "Aue" heç-heçə etdi

12:54 - 18 Fevral 2018

Almaniya 2-ci Bundesliqasında 23-cü turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, millimiz yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Aue” səfərdə “Holştayn”la qarşılaşıb və bu oyundan heç-heçə ilə ayrılıb - 2:2.

 

Nazarov start heyətdə meydana çıxıb və 89-cu dəqiqədə əvəzlənib.

 

“Aue” geridə qalan turlarda topladığı 25 xalla 18 klub arasında 15-ci pillədə qərarlaşıb.

Xəbər xətti