UEFA-dan Cüneyt Çakıra təyinat

10:10 - 19 Fevral 2018

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək "Çelsi" - "Barselona" matçının hakimləri bəlli olub.

 

Sportal.az xəbər verir ki, UEFA bu qarşılaşmanı türkiyəli referiyə həvalə edib. Londonda baş tutacaq görüşə Cüneyt Çakır təyinat alıb. Ona Bahəttin Duran və Tarık Ongün kömək edəcəklər. Oyunun dördüncü hakim funksiyasını Mustafa Əmrə Eyisoy yerinə yetirəcək. Əlavə köməkçi hakimlər isə Hüseyn Göçək və Barış Şimşək olacaq.

 

Qeyd edək ki, "Çelsi" - "Barselona" matçı fevralın 20-də "Stemford Bric"də baş tutacaq.

Xəbər xətti