Marko Roys "Borussiya"ya qələbə qazandırdı VİDEO

00:44 - 19 Fevral 2018

Almaniya Bundesliqasında 26-cı turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, "Borussiya" Dortmund səfərdə "Borussiya" Münhenqladbaxa 1:0 hesabıyla qalib gəlib. Marko Roys 32-ci dəqiqədə sabiq komandasını məyus edib. 28 yaşlı hücumçu 2017-ci ilin may ayından sonra ilk dəfə qol vurmağa müvəffəq olub.

 

Bundesliqanın turnir cədvəlinə 59 xalla "Bavariya" başçılıq edir. "Borussiya" Dortmund 40 xalla 2-ci, "Bayer" və "Leyptsiq" 38 xalla 3-4-cü yerləri bölüşür. "Şalke" 37 xalla 5-ci yerlərdə qərarlaşıb. "Borussiya" Münhenqladbax isə 31 xalla 10-cudur.

 

“Borussiya” Münhenqladbax – “Borussiya” Dortmund - 0:1

Qol: Marko Roys, 32

 

 

Xəbər xətti