Federasiya "Bayer"in futbolçusunu milliləşdirir

12:29 - 19 Fevral 2018

Almaniyanın “Bayer” klubunun futbolçusu Leon Beyli İngiltərə millisində çıxış edə bilər.

 

Sportal.az xəbər verir ki, bu barədə “Daily Mirror” nəşri məlumat tirajlayıb. Millinin baş məşqçisi Qaret Sautqeyt 20 yaşlı futbolçunun milliləşdirilməsini federasiya ilə görüşündə istəyib. Yamayka əsilli vingerlə federasiyanın danışıqları uğurlu alınsa, Beyli İngiltərə millisinin formasını geyinəcək. Sautqeyt Beylini yayda Rusiyada keçirləcək dünya çempionatında aparılacaq heyətdə düşünür.

 

Qeyd edək ki, Yamayka vətəndaşlığı olan Beylinin nənəsi və babası ingilisdir.

Xəbər xətti