Amit Quluzadə Kosovo çempionatında debüt etdi

10:51 - 19 Fevral 2018

Kosovo çempionatında XIX turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, həmyerlimiz Amit Quluzadənin çıxış etdiyi "Dirta" klubu da növbəti oyununu keçirib.  Gjilan təmsilçisi öz meydanında "Feronikeli" ilə qarşılaşıb. Görüş ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.  Milli komandamızın sabiq üzvü bu görüşün iştirakçısı olub.  Amit matçın 65-ci dəqiqəsində meydana çıxaraq  Kosovo çempionatında debüt edib.

 

Qeyd edək ki, 19 tura 33 xal yığan "Drita” turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.

Xəbər xətti