Erata şans verilmədi

13:09 - 19 Fevral 2018

Almaniya 2-ci Bundesliqasında 23-cü turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Tuğrul Eratın şərəfini qoruduğu “Duysburq” səfərdə “Nürnberq”lə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 1:3.

 

Eratın adı qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.

 

“Duysburq” geridə qalan turlarda topladığı 34 xalla 18 klub arasında 6-cı pillədə qərarlaşıb.

Xəbər xətti