Azərbaycan çempionatında ilk uqandalı

Azərbaycan Premyer Liqasının 16-cı turu daha bir ölkənin Azərbaycan çempionatında ilk təmsilçisinin debütü ilə əlamətdar olub.

 

Sportal.az xəbər verir ki, “Səbail”in futbolçusu Faruk Miya ölkə birincilikləri tarixinə ilk uqandalı kimi düşüb. “Qarabağ”la (0:1) oyunun gedişində sonradan meydana çıxan 21 yaşlı yarımmüdafiəçiyədək bu ölkənin heç bir təmsilçisi Premyer Liqada çıxış etməmişdi.

 

Uqanda çempionatımızda təmsil olunan 82-ci ölkədi. Ötən tur bu siyahıya daha iki ölkə - Trinidad və Tobaqo ilə Qambiya əlavə olunmuşdu.

 

Uqanda Afrikanın çempionatımızda oyunçu ilə təmsil olunan 22-ci ölkəsidi.

Tarix: 19 Fevral [13:43]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 İyun 2018
20  İyun 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio