Millimizə 27 futbolçu çağırıldı

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin seleksiya xarakterli təlim-məşq toplanışı başlayıb.  

 

Sportal.az xəbər verir ki, Bakıda təşkil olunan hazırlıqda 27 futbolçu iştirak edir.

 

Fevralın 20-dək davam edəcək toplanışda “Neftçi” daha çox – 6 futbolçu ilə təmsil olunub. Baş məşqçi Ramin Quliyev “Keşlə”, “Qarabağ” və “Zirə”nin hərəsindən 4, “Vətən”dən 3, “Sumqayıt”la “Turan Tovuz”un hərəsindən iki oyunçunu heyətə cəlb edib. “Kəpəz” və “Xəzər Lənkəran” isə yığmaya bir futbolçu ilə verib.

 

Quliyev toplanışda Mircəfər Əlizadə (“Kəpəz”), Hilal Maqsudlu, Ridan Babayev, İbrahim Novruzov, Şahmar Cəfərli (hamısı “Keşlə”), Elnur Hüseynov, Abdulla Rzayev, Ramin Nəsirov, Ziya Məmmədov, Emil Məmmədov, Malik Nadirov (hamısı “Neftçi”), Hüseyn Ələsgərov, Şirxan Həsənzadə, Tuhid Abdullazadə, Niko Saknelaşvili (hamısı “Qarabağ”), Rəşad Kərimov, Cavidan Abbaszadə (hər ikisi “Sumqayıt”), Elçin Qasımov, Mirxan Hümmətov (hər ikisi “Turan Tovuz”), Kamran Şəbiyev, Qardaş Talıbov, Balamirzə Soltanov (hamısı “Vətən”), Pənci Ağazadə (“Xəzər Lənkəran”), Qoçəli Qədimov, Murad Hüseynov, Həzrət İsayev və Mikayıl Kərimlini (hamısı “Zirə”) sınayır.

Tarix: 19 Fevral [14:14]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Sentyabr 2018
23  Sentyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio