Millimizin Fransa ilə oyununun vaxtı müəyyənləşdi

17:17 - 19 Fevral 2018

19 yaşadək qızlardan ibarət yığma komandalar arasında Avropa çempionatının elit mərhələsinin 3-cü qrupunun oyunlarının yeri və vaxtı müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının da yer aldığı bu qrupun qarşılaşmalarına Finlandiya ev sahibliyi edəcək. Millimiz finlərlə birgə, Fransa və Belçikaya qarşı mübarizə aparacaq.

Milli ilk matçında Fransa ilə üz-üzə gələcək. 

 

Avropa çempionatının elit mərhələsi

3-cü qrup

 

4 aprel

13:30. Fransa - Azərbaycan
Lahti. “Kisapuisto” stadionu.

 

7 aprel

13:30. Belçika – Azərbaycan
Lahti. “Kisapuisto” stadionu

 

10 aprel

19:30. Azərbaycan – Finlandiya
Vantaa. İSS stadionu.

Xəbər xətti