"Yuventus"da İquain şoku

18:49 - 19 Fevral 2018

“Yuventus”un heyətində ciddiitki baş verib.

 

Sportal.az xəbər verir ki, Turin təmsilçisinin hücumçusu Qonsalo İquain sıradan çıxıb. Argentinalı forvard İtaliya A seriyasının 25-ci turunda, “Torino” ilə derbi oyununda (1:0) zədələnib.

 

30 yaşlı futbolçunun sol ayaq biləyi zədələnib. İtaliya mətbuatında yer alan məlumata görə, İquain qarşıdakı bir həftədə yaşıl meydanlardan kənarda qalacaq.

Xəbər xətti