Millimizin üzvü oynamadı, komandası daramdağına sevindi

00:57 - 20 Fevral 2018

Türkiyə Super Liqasında 22-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazın formasını geyindiyi “Gənclərbirliyi” doğma meydanda “Göztəpə” ilə üz-üzə gəlib və bu oyundan qələbə ilə ayrılıb - 3:0.

 

Dəniz bu oyunun iştirakçısı olmayıb. O, görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.

 

“Gənclərbirliyi” geridə qalan turlarda topladığı 25 xalla 18 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb.

Xəbər xətti