PSJ-nin qələbəsi "Monako"ya 180 milyon avro qazandırdı

PSJ-nin Fransa I Liqasının 26-cı turunda “Strasburq”u 5:2 hesabı ilə məğlub etməsi “Monako”ya 180 milyon avro qazandırıb.

 

Sportal.az xəbər verir ki, ötən tur keçirilən oyunda qazanılan qələbə ilə Paris təmsilçisinin yeni mövsümdə də yüksək liqada iştirak edəcəyi dəqiqləşib.

 

Bu isə "Monako"ya 180 milyon avro qazandırıb. Belə ki, mövsümün əvvəlində Kilian Mbappenin keçidi ilə bağlı “Monako” ilə PSJ arasında bağlanmış müqavilədə Paris klubu ölkə çempionatının növbəti mövsümündə iştirak edəcəyi təqdirdə, Mbappeni 180 milyon avro ödəyərək transfer edəcək” - bəndi yer alıb.

 

Paris təmsilçisinin “Strasburq” üzərindəki qələbəsi ilə klubun növbəti mövsümdə də yüksək liqada mübarizə aparacağı dəqiqləşib. Bununla da, PSJ mövsümün sonu 180 milyon avro ödəyərək Mbappeni birdəfəlik alacaq.

 

Qeyd edək ki, Mbappe bu mövsüm icarə əsasın Paris təmsilçisində çıxış edir.

Tarix: 20 Fevral [12:31]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
11 Dekabr 2018
10  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio