Eden Hazarddan transfer açıqlaması

"Çelsi"nin yarımmüdafiəçisi Eden Hazard haqqında çıxan transfer dedi-qodularına münasibət bildirib.

 

Sportal.az xəbər verir ki, belçikalı futbolçu "Çelsi"də xoşbəxt olduğunu dilə gətirib:

 

"Futbolda hər şey ola bilər. Ancaq heç nə baş verməyə də bilər. Hər mövsüm "Real" və PSJ-yə transfer olacağımı yazırlar. Əgər komanda dəyişdirmək istəsəm, bunu edərdim. Ancaq hazırda olduğum yerdə xoşbəxtəm".

 

Qeyd edək ki, 27 yaşlı oyunçu 2012-ci ildən "Çelsi"də çıxış edir.

Tarix: 20 Fevral [11:45]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 İyun 2018
17  İyun 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio